Vətəndaşlar Azərbaycan dili qaydalarının pozulması barədə "Qaynar xəttə" şikayət edə biləcəklər

Vətəndaşlar Azərbaycan dili qaydalarının pozulması barədə "Qaynar xəttə" şikayət edə biləcəklər Qulu Məhərəmmli: "İşin gedişində maliyyə problemi var"
Elm və təhsil
10 Yanvar , 2015 10:01
Vətəndaşlar Azərbaycan dili qaydalarının pozulması barədə Qaynar xəttə şikayət edə biləcəklər

Bakı. 10 yanvar. REPORT.AZ/ Cari ilin I rübündə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Qaynar xətt"in istifadəyə verilməsi nəzərdə tutulur. Bu barədə "Report"a açıqlamasında Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli məlumat verib.

Onun sözlərinə görə, əsas məqsəd ictimaiyyətin monitorinqə cəlb olunmasıdır: "Bu vasitəylə istənilən Azərbaycan vətəndaşı zəng edərək müxtəlif sahələrdə rast gəlinən Azərbaycan dilinin qaydalarının pozuntuları barədə məlumat verə biləcək".

Şöbə müdiri deyib ki, "Qaynar xətt"in yaradılması AMEA və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb.

Hazırda Akademiya rəhbərliyi səviyyəsində məsələnin qaldırıldığını deyən Q.Məhərrəmli əlavə edib ki, bu günə qədər belə bir imkan olmayıb: "Bu səbəbdən də "Qaynar xətt"in yaradılması prosesində ciddi irəliləyişin olduğunu demək çətin məsələdir. Çünki maliyyə problemi mövcuddur. Faktiki olaraq Dilçilik İnstitutunun bu sistemi müstəqil şəkildə qurmaq imkanı yoxdur. Odur ki, dövlətin maddi dəstəyi olmasa, mövcud sistemi yaratmaq mümkün olmayacaq".  

Son xəbərlər

Orphus sistemi