Azərbaycan, ABŞ və Gürcüstan alimləri Qafqazda geoloji təhlükələri öyrənir

Azərbaycan, ABŞ və Gürcüstan alimləri Qafqazda geoloji təhlükələri öyrənir Hazırkı nəticələr Gürcüstan Milli Elmlər Akademiyasında müzakirə olunub
Elm və təhsil
1999
20 May , 2016 14:22
Azərbaycan, ABŞ və Gürcüstan alimləri Qafqazda geoloji təhlükələri öyrənir

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan, ABŞ və Gürcüstan alimləri Qafqaz ərazisində geoloji təhlükələri, həmçinin müxtəlif zonalarda müasir geodinamik aktivliyi tədqiq edir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, “Qafqaz regionunun aktiv geodinamikası” adlı layihə çərçivəsində təşkil olunan işlər ABŞ-ın Milli Elmlər Akademiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik-katibi, Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirovdur. İki illik layihə bu ilin sonunda başa çatır.

Hazırkı nəticələr Gürcüstan Milli Elmlər Akademiyasında müzakirə olunub.