Azərbaycan prezidenti Xırdalanda musiqi məktəbinin açılışında iştirak edib

Azərbaycan prezidenti Xırdalanda musiqi məktəbinin açılışında iştirak edib Burada bütün siniflər musiqi alətləri ilə təchiz olunub
Elm və təhsil
372
3 Oktyabr , 2014 16:49
Azərbaycan prezidenti Xırdalanda musiqi məktəbinin açılışında iştirak edib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev Xırdalan şəhərində musiqi məktəbinin açılışında iştirak edib. “Report”un xəbərinə görə, dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev musiqi məktəbi ilə tanış olub.

Xüsusi memarlıq üslubunda inşa edilən məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə mədəniyyətin inkişafı istiqamətində xidmətlərinin əks olunduğu fotolar nümayiş etdirilir. Geniş sinif otaqlarının yaradıldığı məktəbdə şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait var. Bütün siniflər musiqi alətləri ilə təchiz olunub. Müəllimlər üçün də yüksək iş şəraiti yaradılıb. Kitabxana zəruri musiqi ədəbiyyatı ilə təchiz olunub. 82 nəfərlik akt zalında müxtəlif tədbirlərin, konsert proqramlarının keçirilməsi üçün bütün imkanlar var.

Son xəbərlər

Orphus sistemi