Avqustun 5-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq

Avqustun 5-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sis
Elm və təhsil
2 Avqust , 2022 11:24
Avqustun 5-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq

Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən bildirilib.

Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi