Astronomlar Kiçik Magellan buludunun iki fərqli hissədən ibarət olduğunu aşkarlayıblar

Astronomlar Kiçik Magellan buludunun iki fərqli hissədən ibarət olduğunu aşkarlayıblar Astronomlar Südyolu qalaktikasının peyklərindən biri olan Kiçik Magellan buludunun çox fərqli kimyəvi tərkibə, bir sıra yeni və qədim ulduzlara malik iki ayrı quruluşdan ibarət olduğunu aşkar ediblər.
Elm və təhsil
16 Dekabr , 2023 07:10
Astronomlar Kiçik Magellan buludunun iki fərqli hissədən ibarət olduğunu aşkarlayıblar

Astronomlar Südyolu qalaktikasının peyklərindən biri olan Kiçik Magellan buludunun çox fərqli kimyəvi tərkibə, bir sıra yeni və qədim ulduzlara malik iki ayrı quruluşdan ibarət olduğunu aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə “arXiv.org” elektron kitabxanasında dərc olunan məqalədə bildirilib. Tədqiqatçılar qeyd ediblər ki, bu hissələr vaxtilə toqquşmuş iki qədim qalaktikanın qalıqları ola bilər.

"Bu bölgələrin mövcudluğunu qədim qalaktikaların qalıqlarının olması ilə izah etmək olar, bu bölgələrin ulduzlarında ağır elementlərin konsentrasiyasındakı fərqlər, həmçinin molekulyar buludların tərkibi və quruluşundakı xüsusiyyətlər də bunu sübuta yetirir. Üstəlik, biz Kiçik Magellan buludunun Böyük Magellan buludu ilə cazibə qüvvəsinin təsirindən qarşılıqlı təması nəticəsində ikiyə bölünə biləcəyini də istisna etmirik" - deyə tədqiqatçılar bildiriblər.

Astronomlar bu nəticəyə Kil rəsədxanasının direktoru Yakobus van Lonun rəhbərliyi altında dünyanın ən böyük SKA radio teleskopunun prototipi olan Avstraliyaya məxsus “GASKAP-Hi” radio teleskopundan istifadə etməklə toplanan məlumatların araşdırılması zamanı gəliblər. Bu cihaz yeni ulduzların meydana gəldiyi neytral hidrogen buludlarının quruluşunu aşkarlamağa və öyrənməyə qadirdir.

Son xəbərlər

Orphus sistemi