Argentina səfiri Bakıda Tərcümə Mərkəzində olub

Argentina səfiri Bakıda Tərcümə Mərkəzində olub Bir sıra məsələlər müzakirə olunub
Elm və təhsil
4 Aprel , 2017 20:11
Argentina səfiri Bakıda Tərcümə Mərkəzində olub

Bakı. 4 aprel. REPORT.AZ/ Argentinanın Azərbaycandak səfiri Karlos Dante Riva, konsul Eduardo Cavallero Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.

Bu barədə "Report"a Tərcümə Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı ispan dilinə tərcümə prosesində olan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın (nəsr və poeziya) bu il Argentinada çapı, ölkə kitabxanalarına və universitetlərə yerləşdirilməsi, həmçinin nəşrin Cənubi Amerikanın digər ölkələrində, habelə İspaniyada yayımı və gələn il Buenos-Ayresdə keçiriləcək beynəlxalq kitab yarmarkasında təqdimatı ilə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi