Aprelin 1-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat başlayır

Aprelin 1-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat başlayır Bakı. 6 mart. REPORT.AZ/ Aprelin 1-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat başlayır. 
Elm və təhsil
6 Mart , 2018 09:41
Aprelin 1-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat başlayır
Report

Bakı. 6 mart. REPORT.AZ/ Aprelin 1-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat başlayır. 

Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 1-də ilk sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanları 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlayacaq.

Sınaq imtahanına qeydiyyat bu gün saat 10:00-dan martın 28-i saat 10:00-dək aparılacaq.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində yeni istifadəçi kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Son xəbərlər

Orphus sistemi