Aprel şəhidlərinin məktəbli övladları arasında yazı müsabiqəsi elan edilib

Aprel şəhidlərinin məktəbli övladları arasında yazı müsabiqəsi elan edilib Bakı. 11 may. REPORT.AZ/ AzEdu.az təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzusu ilə bağlı yazı müsabiqəsi elan edib.
Elm və təhsil
11 May , 2018 17:54
Aprel şəhidlərinin məktəbli övladları arasında yazı müsabiqəsi elan edilib
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ AzEdu.az təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzusu ilə bağlı yazı müsabiqəsi elan edib.

"Report"un xəbərinə görə, layihənin gerçəkləşməsində təşkilatı dəstəyi “Aprel 2016” Şəhid Ailələrinə dəstək İctimai Birliyi verir.

Təqdim edilən mövzuda uşaqlar öz ataları haqqında düşüncələrini, xatirələrini bölüşməli, eyni zamanda 100 illiyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik yolunda atalarının qəhrəmanlığından yazmalıdırlar.

Müsabiqənin təşkilatçıları valideynlərə müraciət edərək bildiriblər ki, uşaqlara kənar müdaxilə edilməsin, yazı onların öz düşüncəsinin məhsulu olsun və əlyazmalar müsabiqəyə təqdim edilsin. Çünki həmin yazılar arxivə təqdim ediləcək. Həmin yazılar həmçinin portal vasitəsilə Azərbaycan cəmiyyətinə, tərcümə edilərək bütün dünyaya çatdırılacaq. 

Qeyd edək ki, yazıların qəbulu may ayının 20-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi