Apellyasiyaya müraciət edən 103 müəllim müsbət nəticə əldə edib

Apellyasiyaya müraciət edən 103 müəllim müsbət nəticə əldə edib 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək uyğun hesab edilməyən şəxslər üçün apellyasiya müsahibələri təşkil olunub
Elm və təhsil
20 May , 2021 15:47
Apellyasiyaya müraciət edən 103 müəllim müsbət nəticə əldə edib
0 : 00
0 : 00

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək uyğun hesab edilməyən şəxslər üçün apellyasiya müsahibələri təşkil olunub.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, 7-8 mayda həyata keçirilən müsahibələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

188 namizədin iştirak etdiyi müsahibələrdə 103 nəfər uğur qazanaraq ümumi təhsil müəssisəsində daimi əsaslarla çalışmaq imkanı qazanıb.

Qeyd edək ki, müddətsiz əmək müqaviləsinin bağlanması üçün təlimat müvafiq yerli təhsili idarəetmə orqanlarına göndəriləcək.

Son xəbərlər

Orphus sistemi