Anar Məmmədxanovun kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edilib

Anar Məmmədxanovun kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edilib Kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub
Elm və təhsil
16 Yanvar , 2017 17:02
Anar Məmmədxanovun kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Milli Məclisin keçmiş deputatı, “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı, mərhum ictimai xadim Anar Məmmədxanovun “Özünə sadiqlik” və “Ни о чем не жалею” kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) hədiyyə edilib.

MEK-in İctimaiyyətlə əlaqələr bölməsindən "Report"a verilən məluamata görə, kitabları kitabxanaya filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və Dünya ədəbiyyatı kafedrasının müdiri Nahidə Məmmədxanova verib.

A.Məmmədxanovun 2014-cü ildə rus dilində nəşr olunan və azərbaycan dilinə tərcümə edilən “Özünə sadiqlik” adlı birinci kitabına onun müxtəlif vaxtlarda çap olunan, aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, açıq məktubları daxil edilib. 
A.Məmmədxanovun “Ни о чем не жалею” adlı ikinci kitabında isə onun 1995-2011-ci illərdə müxtəlif mətbu orqanlarına verdiyi müsahibələr və etdiyi söhbətləri öz əksini tapıb.

Kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub. MEK oxucuları kitablardan istifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi