AMEA Rəyasət Heyəti binasının üzərindəki SSRİ elementləri silinəcək

AMEA Rəyasət Heyəti binasının üzərindəki SSRİ elementləri silinəcək Bununla bağlı Hacıbala Abıtalıbov və Əbülfəs Qarayevə məktub göndərilib
Elm və təhsil
14 Yanvar , 2015 14:15
AMEA Rəyasət Heyəti binasının üzərindəki SSRİ elementləri silinəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti binasının üzərində olan və Sovet dövrünə aid elementlərin, yazıların dəyişdirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb. "Report" xəbər verir ki, bu barədə AMEA prezidenti Akif Əlizadə məlumat verib.

Onun sözlərinə görə, bugünlərdə Bakı şəhər İcra Hakimiyyərinin başçısı Hacıbala Abıtalıbov və mədəniyyət və tuzim naziri Əbülfəs Qarayevə məktub göndərilib: "Məktubda mövcud problemlə bağlı köməklik etmələri xahiş olunub. Çünki adıçəkilən məsələnin həlli dövlətin işidir".

Son xəbərlər

Orphus sistemi