Bakı. 19 dekabr. REPORT.AZ/ “Bəzi hallarda ölkənin qanunvericilik bazası elmi fəaliyyət üçün lazım olmayan əngəllər yaradır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib.
AMEA prezidenti buna misal da çəkib: “Misal üçün, eksperimental işlərin aparılması hansısa cihaz və avadanlıqların qısa zaman kəsiyində alınmasını tələb edir. Dövlət alqı-satqı sistemi və tender mexanizmlərinin mövcudluğu bizi bəzən gülünc vəziyyətə qoyur. Məncə, burada tamamilə başqa nəzarət mexanizmləri işlənib hazırlanmalıdır. Əks halda effektiv elmi işdən söhbət belə gedə bilməz.