"Azad olunmuş ərazilərdə seysmoloji xidmət mərkəzlərinin qurulması hərəkatına başlanılıb".
"Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII Beynəlxalq konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu il xidmət mərkəzlərinin bir neçəsi açılacaq:
"Artıq zəruri işləri gedib və prosesə başlanılıb".