AMEA-nın yeni yeməkxanası istifadəyə verilib

AMEA-nın yeni yeməkxanası istifadəyə verilib Yeməkxananın açılış mərasimində akademik Akif Əlizadə də iştirak edib
Elm və təhsil
3 Fevral , 2015 17:15
AMEA-nın yeni yeməkxanası istifadəyə verilib

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadənin təşəbbüsü ilə akademiyanın balansına aid inzibati binada yeni yeməkxana istifadəyə verilib. 

"Report" xəbər verir ki, əsaslı şəkildə təmir olunan 80 nəfərlik yeməkxana ən müasir mətbəx avadanlıqları ilə təmin edilib. Yeməklər nahar fasiləsi zamanı sifariş əsasında təqdim olunur.

Qeyd edək ki, AMEA Rəyasət Heyəti Aparatının, eləcə də akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün nəzərdə tutulan yeməkxananın açılış mərasimində akademik Akif Əlizadə də iştirak edib.

Son xəbərlər

Orphus sistemi