AMEA-nın yaradılmasının 75 ili münasibətilə kitab və buklet hazırlanacaq

AMEA-nın yaradılmasının 75 ili münasibətilə kitab və buklet hazırlanacaq Bu ilAzərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 75 ili tamam olur.
Elm və təhsil
1284
13 İyul , 2020 13:57
AMEA-nın yaradılmasının 75 ili münasibətilə kitab və buklet hazırlanacaq

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 75 ili tamam olur.

"Report" xəbər verir ki, AMEA-nın 75 illik yubileyi ilə əlaqədar qurumun fəaliyyətinin geniş işıqlandırılması, bu mötəbər elm ocağının yaradılmasında və inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimlərin tanıdılması, eyni zamanda, elmin populyarlaşdırılması və cəmiyyətdə elmə marağın artırılması məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev sərəncam imzalayıb.

Sənədə əsasən, AMEA-nın üzvlərinə həsr olunan “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabının və Akademiya haqqında təfsilatlı məlumat bukletinin hazırlanaraq nəşr olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi