AMEA-nın vitse-prezidenti ilə vida mərasiminin keçiriləcəyi yer açıqlanıb

AMEA-nın vitse-prezidenti ilə vida mərasiminin keçiriləcəyi yer açıqlanıb Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq
Elm və təhsil
4 Fevral , 2015 10:48
AMEA-nın vitse-prezidenti ilə vida mərasiminin keçiriləcəyi yer açıqlanıb

Bakı. 4 fevral. REPORT.AZ/ Dünən vəfat edən görkəmli Azərbaycan riyaziyyatçısı, “Şöhrət” ordenli, əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Cəfər Xəndan oğlu Hacıyevlə vida mərasimi bu gün saat 12:00-da AMEA-nın Əsas binasında keçiriləcək.

Bu barədə "Report"a AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi