​AMEA-nın Ümumi yığıncağı başlayıb

​AMEA-nın Ümumi yığıncağı başlayıb Tədbir iştirakçıları AMEA-nın institut və təşkilatlarının elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar
Elm və təhsil
29 Aprel , 2016 10:09
​AMEA-nın Ümumi yığıncağı başlayıb

Bakı. 29 aprel. REPORT.AZ/ AMEA-nın Əsas binasında akademiyanın Ümumi yığıncağı başlayıb.

"Report"un məlumatına görə, tədbirdə Prezident Administrasiyasının (PA) rəhbəri akademik Ramiz Mehdiyev, PA-nın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, digər dövlət qurumlarının səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları iştirak ediblər.

Öncə tədbir iştirakçıları AMEA-nın institut və təşkilatlarının elmi nailiyyətlərini özündə əks etdirən sərgi ilə tanış olublar.

Yığıncağı giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra akademik "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"sının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası haqqında yekun hesabat məruzəsi ilə çıxış edib.
Çıxışdan sonra hesabat ətrafında müzakirələr aparılacaq.

Tədbirdə bundan başqa, AMEA-da bəzi struktur islahatları ilə bağlı məsələlər də müzakirə ediləcək, Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatları sahiblərinə təqdim olunacaq. 

Son xəbərlər

Orphus sistemi