AMEA-nın ümumi yığıncağı başlayıb, toplantıda akademiya prezidenti seçiləcək

AMEA-nın ümumi yığıncağı başlayıb, toplantıda akademiya prezidenti seçiləcək Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı başlayıb.
Elm və təhsil
8 İyun , 2018 10:01
AMEA-nın ümumi yığıncağı başlayıb, toplantıda akademiya prezidenti seçiləcək
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı başlayıb.

"Report" xəbər verir ki, toplantı akademiyanın Rəyasət Heyətinin böyük konfrans zalında keçirilir. 

Ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, akademiyanın həqiqi və müxbir üzvləri, dövlət rəsmiləri, deputatlar, ali məktəb rektorları iştirak edirlər. 

Toplantıda AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinləniləcək, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı keçiriləcək.

Yığıncaqda, həmçinin AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək. Akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək. Akademiyanın ümumi yığıncağı tərəfindən seçilmiş AMEA prezidentinin həmin vəzifədə təsdiq edilmək üçün adı Prezident İlham Əliyevə təqdim olunacaq.

Akademiyanın vitse-prezidentləri ümumi yığıncaqda gizli səsvermədə iştirak edən AMEA həqiqi üzvlərinin üçdə iki səs çoxluğu ilə 5 il müddətinə seçiləcəklər. Akademiyanın vitse-prezidentləri, akademik-katibi və Rəyasət Heyətinin digər üzvləri AMEA prezidentinin təqdimatı ilə Rəyasət Heyəti tərəfindən təsdiq ediləcəklər.

Xatırladaq ki, hazırda AMEA prezidenti akademik Akif Əlizadədir. O, bu vəzifəyə 2013-cü ildə seçilib. AMEA-nın vitse-prezidentləri isə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyevdir.

Son xəbərlər

Orphus sistemi