AMEA-nın təşəbbüsü ilə II Azərbaycan Elm Festivalı keçiriləcək

AMEA-nın təşəbbüsü ilə II Azərbaycan Elm Festivalı keçiriləcək Elm festivalı çərçivəsində Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində bir sıra tədbirlər keçiriləcək
Elm və təhsil
6 Sentyabr , 2016 19:13
AMEA-nın təşəbbüsü ilə II Azərbaycan Elm Festivalı keçiriləcək

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycanın müxtəlif regionlarında oktyabrın 31-dən noyabrın 5-dək II Azərbaycan Elm Festivalı keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) “Report”a verilən məlumata görə, festival AMEA-nın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Prezident yanında Elmin İnkişafı Fondu, Prezident yanında Bilik Fondu, Təhsil, Yüksək Texnologiyalar nazirlikləri, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.

Elm festivalı çərçivəsində Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində bir sıra tədbirlər keçiriləcək. Akademiyanın elmi bölmə və regional elmi mərkəzlərinə ekskursiyalar təşkil ediləcək. 

Bundan əlavə, festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş olunacaq. 

Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, həmçinin yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, Akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi