Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan
Akademik qeyd edib ki, AMEA-nın 70 illiyi ilə əlaqədar keçiriləcək yubiley tədbirləri çərçivəsində Akademiyanın tarixi və strukturunu əks etdirən AMEA-nın məlumat kitabı (prospekti) hazırlanır. Prospektin hazırlanması ilə əlaqədar məsələlərin həlli AMEA-nın həqiqi üzvü, akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyevə həvalə edilib, onların icrasını təmin etmək məqsədi ilə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov məsul şəxs təyin olunub.
Daha sonra çıxış edən akademik Vaqif Fərzəliyev bildirib ki, Akademiya haqqında hazırlanan digər kitabda isə ulu öndər
Daha sonra kitabda institutların mərhum və hazırda fəaliyyətdə olan alimlərinin yüksək təltifləri, Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanları, SSRİ Dövlət Mükafatı laureatları, Azərbaycan SSR və Azərbaycan Respublikası Dövlət Mükafatı laureatlarının siyahısı təqdim ediləcək.
Akademik qeyd edib ki, məlumat kitabında, həmçinin Akademiyanın innovativ işləri barədə qısa məlumatlar öz əksini tapacaq.
Sonra Akademiyanın 70 illiyinə həsr olunan "Azərbaycanın elm məbədi" adlı sənədli filmin çəkilişləri ilə bağlı AMEA-nın vitse-prezidenti
Tədbirdə həmçinin təsərrüfat müqavilələri əsasında büdcədənkənar vəsaitlər hesabına elmi-tədqiqat işlərinin həyata keçirilməsi, AMEA Rəyasət Heyəti Aparatının maliyyələşdirdiyi proqramların yerinə yetirilməsi, doktoranturaya qəbul və doktorluq imtahanları qaydalarının yeni tələblər əsasında qurulmasına dair məsələlər də müzakirə olunub.


