“AMEA-nın professoru” elmi adı təsis edilib

“AMEA-nın professoru” elmi adı təsis edilib Elmi adın Əsasnaməsinin hazırlanması üçün İşçi qrupu yaradılıb
Elm və təhsil
18 Yanvar , 2017 17:06
“AMEA-nın professoru” elmi adı təsis edilib

Bakı. 18 yanvar. REPORT.AZ/ AMEA Rəyasət Heyətinin bugünkü iclasında “AMEA-nın professoru” elmi adının təsis edilməsi ilə bağlı müzakirələr aparılıb.

“Report”un məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin layiqincə qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılmasının son illər Akademiyada aparılan çoxşaxəli islahatların tərkib hissəsi olduğunu bildirib.

Akademik bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirildiyini, yeni fəxri ad, diplom və mükafatların təsis edildiyini vurğulayıb.

AMEA rəhbəri “Akademik professor” elmi adının təsis edilməsinin beynəlxalq təcrübəyə əsaslandığını və yüksək elmi nailiyyətlər əldə etmiş alimlərin əməyinin stimullaşdırılması məqsədi daşıdığını söyləyib.

İclasda milli və beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə etmiş, uzun illər ərzində AMEA-nın əsas funksiya və vəzifələrinin həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə “AMEA-nın professoru” elmi adının təsis edilməsi haqqında qərar qəbul edilib. Elmi adın Əsasnaməsinin hazırlanması üçün İşçi qrupu yaradılıb.

Son xəbərlər

Orphus sistemi