AMEA-nın Neft və Qaz İnstitutuna pilotsuz uçan aparat verilib

AMEA-nın Neft və Qaz İnstitutuna pilotsuz uçan aparat verilib Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Yüksək Texnologiyalar Parkında (YT Park) AMEA-nın Neft və Qaz İnstitutuna elmi tədqiqat işlərində müxtəlif müşahidə və təcrübələrin aparılması üçün dron təhvil verilib.
Elm və təhsil
19 Mart , 2018 14:22
AMEA-nın Neft və Qaz İnstitutuna pilotsuz uçan aparat verilib
Science.gov.az

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Yüksək Texnologiyalar Parkında (YT Park) AMEA-nın Neft və Qaz İnstitutuna elmi tədqiqat işlərində müxtəlif müşahidə və təcrübələrin aparılması üçün dron təhvil verilib.

Akademiyadan "Report"a verilən məlumata görə, tədbirdə YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək son 3 il ərzində rəhbərlik etdiyi qurumda mülki və hərbi təyinatlı dronların hazırlanması istiqamətində işlərin görüldüyünü bildirib.

O qeyd edib ki, nəhayət 2017-ci ilin oktyabrından etibarən YT Parkın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən kütləvi seriya olan bir sıra dron modelləri hazırlanıb. O, dronların AMEA-nın elmi müəssisə və təşkilatlarının çöl şəraitində aparılan tədqiqatlarının keyfiyyətinin yüksəldilməsinə, bu sahədə işin səmərəliliyinin artırılmasına, kənd təsərrüfatında ərazinin spektral analizinin aparılmasına, müəyyən sahələrdə radiasiya və radiomaqnit şüalarının səviyyəsinin ölçülməsinə böyük töhfə verəcəyini söyləyib.

V.Babayev belə təqdimatların silsilə xarakter alacağını və AMEA-nın digər elmi müəssisə və təşkilatlarının da dronlarla təmin ediləcəklərini diqqətə çatdırıb.

Sonra YT Parkın Layihələndirmə sektorunun baş eksperti Sübahət İsgəndərov çıxış edərək dronların və pilotsuz uçan aparatların mülki sektorda istifadəsinə dair məlumat verib.

Sonda müəssisələr arasında təhvil-təslim müqaviləsi imzalanıb. Müqaviləni YT Parkın direktoru V.Babayev və Neft və Qaz İnstitutunun baş mühəndis Rauf Mukimov imzalayıblar.

Qeyd edək ki, YT Park rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən dünya standartlarına cavab verən çoxfunksiyalı yeni nəsil pilotsuz uçan aparatlar (dronlar) istehsal olunur.

Son xəbərlər

Orphus sistemi