AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları arxivlərdən yeni materiallar toplayıblar

AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları arxivlərdən yeni materiallar toplayıblar Materiallar alimlər tərəfindən müxtəlif arxivlərdən, muzeylərdən, kitabxanalardan toplanılıb
Elm və təhsil
9 Yanvar , 2017 16:43
AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları arxivlərdən yeni materiallar toplayıblar

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarının müxtəlif arxivlərdən, muzeylərdən və kitabxanalardan topladıqları yeni materiallar tədqiqata cəlb olunub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 1853-1856-cı illər Şərq (Krım) və 1877-1878-ci illər rus-türk müharibələrində Naxçıvanın Kəngərli süvarilərinin və naxçıvanlı hərbiçilərin iştirakı, Kəngərli süvarilərinin Rusiya çarlarının mühafizə dəstəsində fəaliyyəti, general-mayor Kəlbəli xan Naxçıvanskinin Rusiyanın paj korpusunda təhsili, polkovnik Əbülfəz ağa Şahtaxtinskinin Port-Artur döyüşlərində iştirakı ilə bağlı arxivlərdən yeni materiallar toplanılıb.

Xəbərə görə, Naxçıvanın tarixi coğrafiyasının öyrənilməsi istiqamətində əvvəlki illərdə toplu şəklində nəşr olunan Türk Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində saxlanılan bir sıra sənədlər və Heydər ağa Şahtaxtinski ilə bağlı məlumatlar da elmi araşdırmalara cəlb olunan yeni materiallar sırasındadır.

Akademiyanın Naxçıvan bölməsindən bildirilib ki, 1917-1920-ci illəri əhatə edən arxiv materiallarında saxtakar ermənilərin Naxçıvana qarşı təcavüz siyasətlərini təsdiq edən mühüm tarixi sənədlər var. Əldə olunan sənədlərin 60-a yaxını keçən ilin sonlarında nəşr olunan “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələləri”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı monoqrafiyada yayılıb. 

Yeni materiallar tarix üzrə fəlsəfə doktorları Musa Quliyev, Emin Şıxəliyevin və elmi işçi Elnur Kəlbizadə tərəfindən Rusiya Dövlət Tarix Arxivindən, Rusiya Dövlət Hərbi-Tarix Arxivindən, Gürcüstan Milli Arxivindən, İlya Çavçavadze adına Gürcüstan Milli Mərkəzi Kitabxanasından, Canaşia adına Gürcüstan Dövlət Tarix Muzeyindən, İngiltərənin Milli Arxivlərindən, Azərbaycan Respublikası Dövlət Tarix Arxivindən, AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Arxivindən əldə olunublar.

Son xəbərlər

Orphus sistemi