AMEA-nın Naxçıvan bölməsi boş yerlər üçün müsabiqə elan edib

AMEA-nın Naxçıvan bölməsi boş yerlər üçün müsabiqə elan edib Müsabiqəyə şöbə müdirləri vəzifələri çıxarılıb
Elm və təhsil
20 Oktyabr , 2016 09:42
AMEA-nın Naxçıvan bölməsi boş yerlər üçün müsabiqə elan edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ AMEA-nın Naxçıvan bölməsi elmi-tədqiqat müəssisələrinin şöbə və laboratoriyalarında ştatda boş olan şöbə müdiri və laboratoriya rəhbəri vəzifələrini tutmaq üçün müsabiqə elan edib.

"Report" xəbər verir ki, müsabiqəyə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu üzrə (Arxeoloji xidmət şöbəsi Şöbə müdiri – 1 yer), İncəsənət, Dil və Ədəbiyyat İnstitutu üzrə (Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsi Şöbə müdiri – 1 yer, Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsi Şöbə müdiri – 1 yer, Musiqi və teatr şöbəsi Şöbə müdiri – 1 yer, Onomastika şöbəsi Şöbə müdiri – 1 yer, Folklorşünaslıq şöbəsi Şöbə müdiri – 1 yer), Təbii Ehtiyatlar İnstitutu üzrə (Fiziki tədqiqatlar laboratoriyası Laboratoriya rəhbəri – 1 yer, Filiz və qeyri-filiz yataqları laboratoriyası Laboratoriya rəhbəri – 1 yer Hidrogeologiya və mineralsularlaboratoriyası Laboratoriya rəhbəri – 1 yer, Avtomatlaşdırma və seysmologiya laboratoriyası Laboratoriya rəhbəri – 1 yer, Coğrafiya şöbəsi Şöbə müdiri – 1 yer, İqtisadiyyat şöbəsi Şöbə müdiri – 1 yer), Bioresurslar İnstitutu üzrə Biokimyəvi tədqiqatlar laboratoriyası Laboratoriya rəhbəri – 1 yer, Zooloji tədqiqatlar şöbəsi Şöbə müdiri – 1 yer, Batabat Astrofizika Rəsədxanası üzrə (Səma cisimlərinin mövqe müşahidələri şöbəsi Şöbə müdiri – 1 yer, Səma cisimlərinin fotometriyası şöbəsi Şöbə müdiri – 1 yer), Əlyazmalar Fondu üzrə (Əlyazmaların toplanması şöbəsi Şöbə müdiri – 1 yer, Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsi Şöbə müdiri – 1 yer, Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası şöbəsi Şöbə müdiri – 1 yer) çıxarılıb.

Müsabiqədə yerlərə uyğun olaraq elmlər doktorları, fəlsəfə doktorları iştirak edə bilərlər. Sənədlərin qəbulu noyabrın 20-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi