AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib Bakı. 18 iyul. REPORT.AZ/ AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 iyul - Milli Mətbuat Günü münasibətilə AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi adlı tədbir keçirilib.
Elm və təhsil
18 İyul , 2018 12:47
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 iyul - Milli Mətbuat Günü münasibətilə "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə KİV nümayəndələri, ziyalılar, ictimai xadimlər iştirak edib.

Kitabxananın direktoru­ Leyla İmanova MEK-in mətbuat ilə əməkdaşlıq təcrübəsindən danışıb. O, kitabxananın milli mətbuat ilə informasiya resurslarının birləşdirilməsini təklif edib: "Elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılması məqsədəuyğundur".

Tədbir təqdimatlarla davam edib. MEK-in ayrı-ayrı şöbələrinin rəhbərləri ötən dövrdə görülmüş işlərin hesabatını təqdim ediblər. 

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli mətbuatın tarixindən və müasir vəziyyətindən danışıb.

Tədbirin sonunda MEK-in innovativ fəaliyyətini obyektiv işıqlandıran, fərqləndirilmiş media qurumlarına və jurnalistlərə təşəkkürnamə və kitabxananın 1 illik oxucu kartı təqdim edilib.

Son xəbərlər

Orphus sistemi