AMEA-nın magistratura səviyyəsinə ayrılan plan yerlərinin sayı məlum olub

AMEA-nın magistratura səviyyəsinə ayrılan plan yerlərinin sayı məlum olub Akademiyada 7 ixtisas üzrə qəbul nəzərdə tutulub
Elm və təhsil
168
5 Mart , 2015 13:01
AMEA-nın magistratura səviyyəsinə ayrılan plan yerlərinin sayı məlum olub

Bakı. 5 mart. REPORT.AZ/ "2015/2016-cı tədris ilində AMEA magistratura səviyyəsinə qəbul üçün 7 ixtisas üzrə 20 plan yeri ayrılıb". Bu barədə "Report"a AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev məlumat verib. O qeyd edib ki, magistraturaya qəbul imtahanının I mərhələsi artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilib: "Növbəti mərhələdə artıq ixtisas seçimi həyata keçiriləcək. İxtisas seçimi zamanı magistraturaya sənəd verənlər AMEA-nın magistraturasını da seçə biləcəklər".

Qeyd edək ki, dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası magistraturaya qəbul aparılacaq ixtisaslara daxildir.