AMEA-nın magistraturasına ayrılan 20 plan yerindən 19-u tutulub

AMEA-nın magistraturasına ayrılan 20 plan yerindən 19-u tutulub Boş qalan bir yerə təkrar qəbul elan olunub
Elm və təhsil
13 İyul , 2015 11:52
AMEA-nın magistraturasına ayrılan 20 plan yerindən 19-u tutulub

Bakı. 13 iyul. REPORT.AZ/ 2015-2016-cı tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsinə ayrılan 7 ixtisas üzrə 20 plan yerindən 19-u tutulub. Bunu "Report"a açıqlamasında AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib.

O bildirib ki, qeydiyyat müddətində 19 nəfər sənədlərini AMEA-ya təqdim edib: "Biz də həmin sənədlər əsasında nəticələri rəsmi şəkildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim etmişik. Bəzi texniki səbəblərə görə geologiya sahəsi üzrə 1 yer boş qalmışdı. Həmin yerə də təkrar qəbul elan olunub".

AMEA-nın idarə rəisi qeyd edib ki, akademiyada magistrantlar üçün dərslər sentyabrın 15-də başlayacaq.

Ə.Sadıqov xatırladıb ki, AMEA-nın magistratura səviyyəsinə qəbulla bağlı TQDK-nın elan etdiyi müsabiqədə II turu uğurla keçən bakalavrlar ilk olaraq AMEA-da müsahibədən keçiblər. Müsahibədə 7 ixtisas üzrə ayrılan 20 yer uğrunda Azərbaycan və rus bölmələri üçün 300-dən çox bakalavr iştirak edib. 151 bakalavr isə AMEA-nı seçmək şansı qazanmışdı.

Qeyd edək ki, magistraturaya qəbul aparılan ixtisaslara dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası daxildir.

Son xəbərlər

Orphus sistemi