AMEA-nın institutunda beynəlxalq laboratoriya yaradılacaq

AMEA-nın institutunda beynəlxalq laboratoriya yaradılacaq Hazırda danışıqlar aparılır
Elm və təhsil
3 Mart , 2017 15:15
AMEA-nın institutunda beynəlxalq laboratoriya yaradılacaq

Bakı. 3 mart. REPORT.AZ/ AMEA-nın Akademik Ə.M.Quliyev adına Aşqarlar Kim­yası İns­ti­tu­tununda beynəlxalq laboratoriya yaradılacaq.

Bu barədə "Report"a ins­ti­tu­tun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, institutun direktoru, akademik Vaqif Fərzəliyevin tapşırığı əsasında İnstitutun aparıcı elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev martın 1-dən Türkiyədə elmi ezamiyyətdədir.

Beş günlük səfərdə məqsəd AMEA Aşqarlar Kimyası İnstitutu ilə Türkiyənin Orta Doğu Texnik Universiteti və Ərzurum Atatürk Universitetinin kimya bölmələri arasında müştərək beynəlxalq laboratoriyanın yaradılmasını müzakirə etməkdir.

Martın 2-də Əfsun Sucayev Orta Doğu Texnik Universiteti Kimya bölməsinin rəhbəri, professor Cihangir Tanyeli ilə görüşüb. Tərəflər görüləcək konkret işləri müəyyənləşdirərək beynəlxalq laboratoriyanın yaradılması ilə bağlı bütün məsələləri razılaşdırıb. Hazırda Ərzurum Atatürk Universitetinin Kimya bölməsinin rəhbərliyi ilə də danışıqlar aparılır. Yaxın vaxtlarda beynəlxalq laboratoriyanın yaradılması məqsədilə tərəflər arasında əməkdaşlıq müqaviləsinin imzalanması gözlənilir.

Qeyd edək ki, Aşqarlar Kimyası İnstitutu Türkiyənin hər iki universitetinin kimya bölmələri ilə müştərək tədqiqatların aparılması, gənc alim və mütəxəssislərin təcrübə mübadiləsi məqsədilə qarşılıqlı əməkdaşlıq edir.