AMEA-nın institut direktoru və Akademiya şəhərciyinin müdiri işdən çıxarılıb

AMEA-nın institut direktoru və Akademiya şəhərciyinin müdiri işdən çıxarılıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov vəzifəsindən azad edilib.
Elm və təhsil
9 yanvar 2020 15:34
AMEA-nın institut direktoru və Akademiya şəhərciyinin müdiri işdən çıxarılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov vəzifəsindən azad edilib.

"Report"un məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin yanvarın 9-da keçirilən iclasında qərar qəbul edilib.

Qərarla institutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib. 

Bundan başqa, Akademiya şəhərciyinin müdiri Bayram Babayev vəzifəsindən azad edilib. İqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov həmin vəzifəyə təyin olunub.

Son xəbərlər

Orphus sistemi