AMEA-nın Humanitar Elmlər Bölməsi üzrə həqiqi və müxbir üzvlüyə namizədlərin sayı açıqlanıb

AMEA-nın Humanitar Elmlər Bölməsi üzrə həqiqi və müxbir üzvlüyə namizədlərin sayı açıqlanıb Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib
Elm və təhsil
13 Aprel , 2017 18:02
AMEA-nın Humanitar Elmlər Bölməsi üzrə həqiqi və müxbir üzvlüyə namizədlərin sayı açıqlanıb
Report

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin (HEB) ümumi iclası keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə HEB-in AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər üzrə Ekspert komissiyasının sədri, akademik Kamal Abdullayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və namizədliyi qeydə alınmış alimlər iştirak ediblər.

Bölmənin akademik-katibi, akademik Teymur Kərimli iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.

T.Kərimli bildirib ki, tədbir bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyətlərinin müzakirəsinə həsr olunub. Akademik vurğulayıb ki, bölmədən "Ədəbiyyatşünaslıq" ixtisası üzrə həqiqi və müxbir üzvlüyə 2, "Sənətşünaslıq" ixtisası üzrə həqiqi və müxbir üzvlüyə 2, "Dilçilik" ixtisası üzrə müxbir üzvlüyə 1, "Folklorşünaslıq" ixtisası üzrə isə həqiqi üzvlüyə 1 vakant yer nəzərdə tutulub. Akademik-katib ümumilikdə həqiqi üzvlüyə 5, müxbir üzvlüyə isə 31 namizədin qeydə alındığını nəzərə çatdırıb.

Akademik Kamal Abdullayev tədbirin məqsədinin namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyətləri ilə yaxından tanışlıq olduğunu bildirib və seçkidə iştirak edəcək hər kəsə uğurlar arzulayıb.

Sonra namizədlər fəaliyyətləri, əldə etdiyi nailiyyətlər və Azərbaycan elminə verdikləri töhfələr haqqında geniş məlumat veriblər. 

Təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi