AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi keçiriləcək Bununla bağlı qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib
Elm və təhsil
15 İyul , 2015 16:19
AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi keçiriləcək

Bakı. 15 iyul. REPORT.AZ/ AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi keçiriləcək. Bu barədə məlumatı AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin iclasında verib.

Son illər Azərbaycanda informasiya cəmiyyətinin uğurla formalaşması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran məruzəçi elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsinin alimlər qarşısında mühüm vəzifə olduğunu dilə gətirib. R.Əliquliyev bu məsələlərin həlli istiqamətində veb-resursların xüsusi əhəmiyyətini önə çəkərək aparılan ilkin araşdırmalar nəticəsində ortaya çıxan problemlərdən söz açıb.

Onun sözlərinə görə, AMEA-nın elmi müəssisələrinə məxsus bir sıra veb-saytlar dizayn, proqram təminatı, informasiyanın dolğunluğu və aktuallığı baxımından müasir tələblərə cavab vermir.

AMEA Rəyasət Heyəti bunu nəzərə alaraq bir sıra qərarlar qəbul edib. İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb ki, Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində akademiyanın veb-infrastrukturu və onun əhatə etdiyi veb-saytların monitorinqi həyata keçirilsin.

Bu və digər qərarların icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib.

Son xəbərlər

Orphus sistemi