AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda saytların dil mənzərəsinə həsr olunan mətbuat konfransı keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda saytların dil mənzərəsinə həsr olunan mətbuat konfransı keçirilib "Maraqlıdır ki, 24 saat aktiv olan "Qaynar xətt"ə daxil olan müraciətlərin sayı kifayət qədər azdır"
Elm və təhsil
18 Yanvar , 2017 15:50
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda saytların dil mənzərəsinə həsr olunan mətbuat konfransı keçirilib

Bakı. 18 yanvar. REPORT.AZ/ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda saytların dil mənzərəsinə həsr olunan mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə institutun rəhbərliyi, professor heyəti, KİV nümayəndələri iştirak edib.

İnstitutun direktor müavini Baba Məhərrəmli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən danışıb. 

O, bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, mövcud vəziyyəti öyrənmək üçün institut əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib.

Mətbuat konfransında çıxış edən institutun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva dilin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə davamlı şəkildə monitorinqlərin aparıldığını, mərhələli şəkildə regionlarda dil situasiyasının öyrənilməsi ilə bağlı işlər görüldüyünü deyib və hazırda Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələrinin dil xüsusiyyətləri və teleradio verilişlərinin dili üzərində müşahidələrin aparılması barədə məlumat verib.

O bildirib ki, artıq Nərimanov rayonunda dil xüsusiyyətlərinin monitorinqi başa çatıb: "Yanvar ayının axırı mətbuat konfransı keçiriləcək və nəticələr ictimaiyyətə açıqlacaq".

Daha sonra institutun aparıcı elmi işçisi Şahlar Məmmədov müşahidə olunan dil qüsurları ilə bağlı “Qaynar xətt”ə daxil olan müraciətlərdən danışıb. O qeyd edib ki, "Qaynar xətt" 24 saat fəaliyyət göstərir: "Maraqlıdır ki, 24 saat aktiv olan "Qaynar xətt"ə daxil olan müraciətlərin sayı kifayət qədər azdır".

Sonda mətbuat konfransının iştirakçıları KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Foto: Elşən Baba

Son xəbərlər

Orphus sistemi