AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının bu il üçün ilk nömrəsi nəşr olunub

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının bu il üçün ilk nömrəsi nəşr olunub Nəşrin yeni sayı ictimai və humanitar elmlər seriyasına həsr olunub
Elm və təhsil
1984
6 Aprel , 2017 20:54
AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının bu il üçün ilk nömrəsi nəşr olunub
courtesy image

Bakı. 6 aprel. REPORT.AZ/ AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının bu il üçün birinci nömrəsi işıq üzü görüb.

"Report" xəbər verir ki, bölmənin sədri, akademik İsmayıl Hacıyevin baş redaktorluğu ilə ildə 4 dəfə geniş oxucu kütləsinə təqdim olunan nəşrin yeni sayı ictimai və humanitar elmlər seriyasına həsr olunub.

Jurnalın ilk bölməsində Naxçıvan ərazisindəki qədim qalalar, onların tarixi, tədqiqi və qalatipli yaşayış yerlərində tədqiqatlar zamanı əldə edilən zəngin arxeoloji materiallar işıqlandırılıb. Elmi nəşrdə ölkənin tanınmış alimləri ilə yanaşı, Azərbaycan-ABŞ Beynəlxalq arxeoloji ekspedisiyalarının tərkibində iştirak edən ABŞ-ın Cons Hopkins Universitetinin əməkdaşı Cennifer Sveridanın, Ohayo Dövlət Universitetinin əməkdaşı Selin Nugentin, Corciya Universitetinin əməkdaşı Robert Bryantın, Pensilvaniya Universitetinin əməkdaşı Susanna Fişmanın Naxçıvandakı qalalarda apardıqları tədqiqatlar ilə bağlı elmi məqalələri də dərc edilib.

Naxçıvanın tarixi, arxeologiyası, mədəniyyəti, incəsənəti, iqtisadi və sosial inkişafı ilə əlaqədar alim və ziyalıların müxtəlif səpkili məqalələri də yeni nömrədə özünə yer alıb.

Qeyd edək ki, jurnaldakı məqalələrdə mövzu ilə bağlı ədəbiyyat siyahısı göstərilib, eyni zamanda onların rus və ingilis dillərində xülasələri verilib.