​AMEA-nın Fizika İnstitutunun öz avadanlıqlarından istifadə etməməsi tənqid olunub

​AMEA-nın Fizika İnstitutunun öz avadanlıqlarından istifadə etməməsi tənqid olunub Bu məsələnin Rəyasət Heyətinin iclasında müzakirə olunması qərara alınıb
Elm və təhsil
319
27 Oktyabr , 2014 12:08
​AMEA-nın Fizika İnstitutunun öz avadanlıqlarından istifadə etməməsi tənqid olunub

Bakı. 27 oktyabr. REPORT.AZ/ AMEA Fizika İnstitutunda Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclası keçirilib. Bu barədə “Report”a AMEA-dan bildirilib.

İclasda bölmənin akademik-katibi, akademik Akif Hacıyev, institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov gündəlikdə duran məsələlər haqqında məlumat verib.

İnstitutun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov “AMEA Fizika İnstitutunda qabaqcıl nazik təbəqəli texnologiyaların inkişafı” adlı məruzə ilə çıxış edib.

İclasda qeyd olunub ki, İnnovasiya sektorunun qaydalarına əsasən, Fizika İnstitutunda mövcud olan avadanlıqlardan digər institutun əməkdaşları yararlana bildiyi halda, onlar bu imkanlardan istifadə etmirlər. Bu məsələnin Rəyasət Heyətinin iclasında müzakirə olunması qərara alınıb.

Sonda Azərbaycan Dövlət Neft Şirkətinin “Elm Fondu”nun qalibi olmuş qrant layihələrinin hesabatları dinlənilib və qəbul olunub.

Son xəbərlər

Orphus sistemi