AMEA magistraturaya qəbul olanlara müraciət edib

AMEA magistraturaya qəbul olanlara müraciət edib Sənədlər iyunun 28-dən iyulun 11-dək qəbul ediləcək
Elm və təhsil
24 İyun , 2016 11:12
AMEA magistraturaya qəbul olanlara müraciət edib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olanlara müraciət edib.

AMEA-dan “Report”a verilən xəbərə görə, magistrlar şənbə, bazar və bayram günləri istisna olmaqla iyunun 28-dən iyulun 11-dək Akademiyada qeydiyyatdan keçməlidirlər:

Magistrlar qeydiyyat üçün AMEA prezidentinin adına ərizə, şəxsiyyət vəsiqəsinin əsli və surətini, bakalvr diplomunun əsli və surətini (2016-cı ilin məzunları ali təhsil müəssəsini bitirmək haqqında arayış) təqdim etməlidirlər.

Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.

Son xəbərlər

Orphus sistemi