AMEA institutunun iki əməkdaşı vəfat edib

AMEA institutunun iki əməkdaşı vəfat edib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun iki əməkdaşı vəfat edib.
Elm və təhsil
21 Aprel , 2022 09:21
AMEA institutunun iki əməkdaşı vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun iki əməkdaşı vəfat edib.

“Report” xəbər verir ki, AMEA Botanika İnstitutunun Elmi Şurasının üzvü, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Siracəddin Sərkərov 88 yaşında dünyasını dəyişib.

O, 194 məqalə və 2 monoqrafiyanın müəllifi olub.

Bundan başqa, institutun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ədalət Səmədova 91 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi