AMEA Geologiya və Geofizika İnstitutunda struktur dəyişiklikləri edilib

AMEA Geologiya və Geofizika İnstitutunda struktur dəyişiklikləri edilib AMEA Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib
Elm və təhsil
17 Noyabr , 2016 18:05
AMEA Geologiya və Geofizika İnstitutunda struktur dəyişiklikləri edilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Geologiya və Geofizika İnstitutunun strukturunda dəyişiklik edilməsi məsələsinə baxılıb. Bölmənin qərarı ilə elmi müəssisədə İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb və Petrofizika şöbəsinin adı qismən dəyişdirilərək Eksperimental petrofizika şöbəsi adlandırılıb.

Tədbirdə Təbiət Tarixi Muzeyinin Geologiya və Geofizika İnstitutunun tərkibindən ayrılması və strukturu haqqında qərar qəbul olunub.

İclasda AMEA-nın Gəncə Bölməsində "Yer Elmləri" qrupunun təşkil edilməsi, Azərbaycan Respublikası Prezidentinin Gənclər üçün Prezident Mükafatına namizədlərin müəyyənləşdirilməsi, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun 90 illik yubileyinin keçirilməsi və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının ABŞ-ın Missuri Ştatının Kolumbiya şəhərində yerləşən Missuri Elm və Texnologiya Universitetinə, Kaliforniya Ştatının Livermor şəhərində yerləşən E.Lourens adına Livermor Milli Laboratoriyası və Berkli Universitetinə ezamiyyətləri ilə bağlı hesabatları da müzakirəyə çıxarılıb.

Gündəlikdə yer alan növbəti məsələ akademiklər Midhət Abasov və Həsən Əhmədovun adlarının Bakı şəhərində küçələrə verilməsi haqqında təklif olub. Bölmə bununla bağlı aidiyyəti qurumlara müraciət olunması haqqında qərar qəbul edib.

Sonda bir sıra kadr və cari məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi