​AMEA Gənc Alim və Mütəxəssislər Şurası MDB-də təmsil olunacaq

​AMEA Gənc Alim və Mütəxəssislər Şurası MDB-də təmsil olunacaq AMEA GAMŞ sədri Famin Salmanov MDB ölkərinin Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü seçilib
Elm və təhsil
22 Dekabr , 2014 17:05
​AMEA Gənc Alim və Mütəxəssislər Şurası MDB-də təmsil olunacaq

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Müstəqil Dövlətlər Birliyinin Gənc Alimlər Şurasında təmsil olunacaq. Bu barədə "Report"a AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Moskva şəhərində keçirilən tədbirdə AMEA GAMŞ-ın elmi-ictimai fəaliyyəti haqqında məruzə edən Famin Salmanov Şuranın gələcək hədəflərinə müvafiq olaraq MDB ölkələrində fəaliyyət göstərən analoji şuralarla əməkdaşlığın vacib olduğunu bildirib. F.Salmanov qeyd edib ki, bu məqsədə nail olmaq üçün yeni təsisat əlavə stimul kimi qiymətləndirilməlidir.

Məruzə dinləyicilər tərəfindən müsbət qarşılanıb və Azərbaycanla bu sahədə əməkdaşlığın perspektivləri digər ölkələrin nümayəndələri tərəfindən geniş müzakirə olunub.

AMEA GAMŞ-n İdarə Heyətinin üzvü fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın da iştirak etdiyi iclasın yekununda MDB ölkələrinin Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin tərkibinin müəyyənləşdirilməsi ilə bağlı keçirilən seçkidə Famin Salmanov sözügedən İdarə Heyətinə üzv seçilib.

Son xəbərlər

Orphus sistemi