AMEA əməkdaşları təhlükə altında olan 11 göbələk növü ilə bağlı araşdırma aparıb

AMEA əməkdaşları təhlükə altında olan 11 göbələk növü ilə bağlı araşdırma aparıb AMEA Botanika İnstitutunun əməkdaşları nadir və patogen göbələk növlərinin monitorinqi məqsədilə Şəki rayonunda ekspedisiyada olublar.
Elm və təhsil
8 Dekabr , 2021 10:09
AMEA əməkdaşları təhlükə altında olan 11 göbələk növü ilə bağlı araşdırma aparıb

AMEA Botanika İnstitutunun əməkdaşları nadir və patogen göbələk növlərinin monitorinqi məqsədilə Şəki rayonunda ekspedisiyada olublar.

Akademiyadan "Report"a verilən məlumata görə, rayonun mövsümə uyğun göbələk müxtəlifliyi araşdırılıb, Qırmızı Kitabın üçüncü nəşri üçün nəzərdə tutulan nadir makromiset növlərinin və patogen Cryphonectria parasitica göbələyinin populyasiyasını monitorinqi aparılıb.

AMEA əməkdaşları nadir və təhlükə altında olan 11 göbələk növünün lokalitetlərini dəqiqləşdiriblər, təbii mühitdə vəziyyətini, təhlükələrini, rast gəlmə tezliyini təhlil ediblər, fotoşəkillərini çəkiblər, digər vacib göstəriciləri qeyd ediblər.

Bildirilib ki, Cryphonectria parasitica göbələyinin təbii populyasiyasından nümunələr uyğun protokola əsasən toplanılb. Nümunələr mikoloji herbariyə depozit edilib, sonrakı tədqiqatlar laboratoriya şəraitində davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi