AMEA-da yeni təyinatlar olub

AMEA-da yeni təyinatlar olub AMEA Rəyasət Heyətinin qərarı ilə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü Mərkəzin direktoru vəzifəsinə təyin edilib
Elm və təhsil
194
16 Oktyabr , 2014 11:41
AMEA-da yeni təyinatlar olub
Bakı. 16 oktyabr. REPORT.AZ/ AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-minerologiya elmləri doktoru Zəkəriyyə Əlizadə öz xahişi ilə tutduğu vəzifədən azad olunub. “Report”un xəbərinə görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

AMEA Rəyasət Heyətinin növbəti qərarı ilə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü Mərkəzin direktoru vəzifəsinə təyin edilib.

Bundan başqa, AMEA Rəyasət Heyətinin iclasında tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylinin AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Elm Tarixi İnstitutu Azərbaycanda elm və texnikanın tarixi, elmşünaslıq, elm tarixinin mənbəşünaslığı, onun təşəkkülü, inkişafı və müasir vəziyyətinin öyrənilməsi, eləcə də elmin metodoloji bazasının təşəkkülü, elmə dair abidələrin aşkarlanması və tədqiqi, elm tarixinin öyrənilməsinin yeni metodlarının inkişafı məqsədilə yaradılıb.

İngilis versiyası New appointments to ANAS

Son xəbərlər

Orphus sistemi