AMEA-da yeni Komissiyanın yaradılması təklif edilir

AMEA-da yeni Komissiyanın yaradılması təklif edilir Bu il akademik Musa Əliyev adına mükafat üzrə müsabiqə keçiriləcək
Elm və təhsil
11 Mart , 2015 12:09
AMEA-da yeni Komissiyanın yaradılması təklif edilir

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni Komissiyanın yaradılması təklif edilib. Bu barədə "Report"a Akademiyadan məlumat verilib.

AMEA Yer Elmləri Bölməsinin iclasında müzakirə olunan məsələlər sırasında "Neft və Qaz Yataqlarının axtarışı və işlənilməsi üzrə Komissiya"nın yaradılması da yer alıb. Bundan başqa, iclasda AMEA-nın 70 illik yubileyi ilə əlaqədar nəşrlərin hazırlanma vəziyyəti, cari il üçün Yer elmləri sahəsində AMEA-nın akademik Musa Əliyev adına mükafat üzrə müsabiqənin elanı məsələlərinə də baxılıb.

İclasda, həmçinin Coğrafiya İnstitutunda 2013-cü il üzrə elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunanların dissertasiya mövzuları müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi