AMEA-da yeni kadr təyinatları olub

AMEA-da yeni kadr təyinatları olub Akademiyanın Rəyasət Heyətinin növbəti iclası keçirilib
Elm və təhsil
4 Mart , 2015 17:23
AMEA-da yeni kadr təyinatları olub

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün AMEA Rəyasət Heyətinin (RH) növbəti iclası keçirilib. "Report" xəbər verir ki, iclasda RH Aparatının Hüquq və kadrlar idarəsinin strukturunda dəyişiklik edilib.

Dəyişiklik barədə akademik İbrahim Quliyev məlumat verib. Onun sözlərinə görə, Anar Əliyev İdarənin Qanunvericilik təminatı şöbəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva Kadrlar şöbəsinin rəisi, Svetlana Kərimova Kadrlar şöbəsinin rəis müavini, Nərgiz Qəhrəmanova isə Aparatın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi