AMEA-da yalançı elmə qarşı mübarizə Komissiyası yaradılıb

AMEA-da yalançı elmə qarşı mübarizə Komissiyası yaradılıb Komissiyanın tərkibi təsdiqlənib
Elm və təhsil
7 Dekabr , 2016 17:02
AMEA-da yalançı elmə qarşı mübarizə Komissiyası yaradılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasının gündəliyində yer alan məsələlərdən biri yalançı elmə qarşı mübarizə ilə bağlı olub.

“Report”un xəbərinə görə, AMEA prezidenti, akademik Akif Əlizadə son illər elmi fəaliyyət sahəsində həyata keçirilən çoxşaxəli islahatlar və elmin təbliği istiqamətindəki tədbirlər nəticəsində elmin nüfuzunun cəmiyyətdə yüksəldiyini deyib. Lakin bununla yanaşı, elmi fəaliyyətə münasibətdə bir sıra neqativ tendensiyaların da müşahidə olunduğunu vurğulayan akademik xüsusilə yalançı elmə marağın artdığını, elmi imitasiya tipli fəaliyyətin genişləndiyini söyləyib.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirilmək məqsədilə Komissiya yaradıb. Yalançı elmə qarşı mübarizə üzrə Komissiyanın tərkibi təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi