AMEA-da növbəti kadr təyinatları və struktur dəyişikliyi olub

AMEA-da növbəti kadr təyinatları və struktur dəyişikliyi olub Daha 5 institutda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb
Elm və təhsil
7 Dekabr , 2016 17:01
AMEA-da növbəti kadr təyinatları və struktur dəyişikliyi olub

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) növbəti kadr təyinatları və struktur dəyişikliyi olub. 

Bu barədə "Report"a AMEA-nın Rəyasət Heyəti Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Sənan Abdullayev isə AMEA-nın Elm və Texnologiyalar Parkı MMC-nin direktoru təyin olunublar.

Eyni zamanda, AMEA-nın Biofizika İnstitutuna biologiya üzrə elmlər doktoru Kərim Qasımov elmi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Azad Əbdürrəhimov isə innovasiya və transfer üzrə direktor müavini təyin ediliblər. 

Bundan başqa, fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfov Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Elm Tarixi İnstitutunun elmi katibi və tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva isə Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar.

Həmçinin AMEA-nın Nizami adına Ədəbiyyat və Memarlıq və İncəsənət institutlarının strukturunda dəyişiklik edilib. 

Bundan əlavə, Məhəmməd Füzuli adına Əlyazmalar, Nəsimi adına Dilçilik, Nizami adına Ədəbiyyat, Folklor, Memarlıq və İncəsənət institutlarının strukturunda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Son xəbərlər

Orphus sistemi