AMEA-da doktorantura pilləsinə qəbul planı kəskin surətdə azaldılıb

AMEA-da doktorantura pilləsinə qəbul planı kəskin surətdə azaldılıb "Bu il 100-120 nəfərlik qəbul planı nəzərdə tutulub"
Elm və təhsil
14 Yanvar , 2015 14:52
AMEA-da doktorantura pilləsinə qəbul planı kəskin surətdə azaldılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura pilləsinə qəbul zamanı əsas məsələ gənc alimin elmi istiqamətini müəyyən etməkdir. Onun mövzusu mütləq şəkildə Akademiyanın prioritet istiqamətlərinə uyğunlaşmalıdır". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, bu səbəbdən doktorantura pilləsinə qəbul kəskin surətdə azaldılıb. AMEA prezidentinin sözlərinə görə, bu il qəbul daha yüksək səviyyədə aparılacaq: "Bölmələr tərəfindən doktoranturanın qəbuluna baxılıb, qərarlar verilib, mövzular təsdiq edilib. Bu il 100-120 nəfərlik qəbul planı nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi