AMEA-da bəzi struktur və kadr dəyişiklikləri olub

AMEA-da bəzi struktur və kadr dəyişiklikləri olub İki institutda Təhsil şöbəsi yaradılıb
Elm və təhsil
7 Sentyabr , 2016 16:23
AMEA-da bəzi struktur və kadr dəyişiklikləri olub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi struktur və kadr dəyişiklikləri olub.

"Report"un məlumatına görə, AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında Akademiyanın Dendrologiya və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutlarında Təhsil şöbələri yaradılıb.

İclasda biologiya üzrə elmlər doktoru Elşad Əhmədov AMEA-nın Zooligiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi