AMEA: Azərbaycanda şorlaşmış torpaqların vəziyyəti araşdırılır

AMEA: Azərbaycanda şorlaşmış torpaqların vəziyyəti araşdırılır Koreyalı və azərbaycanlı alimlər Muğan düzünə, Saatlı və Sabirabad rayonlarına səfər ediblər
Elm və təhsil
24 Aprel , 2017 16:23
AMEA: Azərbaycanda şorlaşmış torpaqların vəziyyəti araşdırılır
Report

Bakı. 24 aprel REPORT.AZ/ AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Koreya Respublikası Seul Milli Universiteti arasında torpaqşünaslıq, ekologiya, aqrokimya və torpaqların meliorasiyası, rekultivasiyası və mühafizəsi elmlərinin qarşılıqlı maraq doğuran sahələrində birgə elmi tədqiqat işlərinin aparılması barədə müqavilə imzalanıb.

AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həmin müqaviləyə əsasən müvafiq elmi tədqiqat proqramlarına uyğun olaraq şorlaşmış torpaqların məsafədən tədqiqi istiqamətində iki ölkə arasında elmi-tədqiqat işləri davam etdirilir.

Aprelin 20-də koreyalı və azərbaycanlı alimlər Azərbaycanda şorlaşmış torpaqların vəziyyətini yerində öyrənmək məqsədi ilə Muğan düzünə, Saatlı və Sabirabad rayonlarına səfər ediblər.

Çöl-tədqiqatı zamanı Sabirabad rayonunun Minbaşı kəndində fermer təsərrüfatında arpa bitkisi altında şorlaşmış torpaqlarda 2 metrlik torpaq kəsimi qoyulub. Koreyalı alimlər profil boyu genetik qatları müşahidə ediblər. Sonra bu barədə geniş disskusiya aparılıb və gələcək tədqiqat obyektlərinin seçilməsi məsələsi də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi