Almaniyanın Azərbaycandakı səfiri BANM tələbələri üçün mühazirə oxuyacaq

Almaniyanın Azərbaycandakı səfiri BANM tələbələri üçün mühazirə oxuyacaq Bakı Ali Neft Məktəbi Almaniya ilə əməkdaşlığını genişləndirir
Elm və təhsil
19 Noyabr , 2015 10:48
Almaniyanın Azərbaycandakı səfiri BANM tələbələri üçün mühazirə oxuyacaq

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempeli qəbul edib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

E.Qasımov qonağa Ali Məktəb haqqında məlumat verərək bildirib ki, əsas məqsəd neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanmasıdır. Azərbaycanda neft-qaz sənayesinin iqtisadiyyatın əsasında durduğunu deyən rektor bu baxımdan bu ixtisasa Azərbaycanda hər zaman ehtiyac olduğunu deyib.  

E.Qasımov tələbələrin SOCAR, Total, BP, Schlumberger, Emerson, Schneider Electric kimi bir sıra beynəlxalq şirkətlərdə ödənişli istehsalat təcrübəsi keçdiklərini də səfirin diqqətinə çatdırdı. O, Ali Məktəbdə tədrislə yanaşı, tədqiqata xüsusi önəm verildiyini bildirib. 

BANM-in bir sıra şirkətlərlə əməkdaşlıq etdiyini deyən rektor Almaniyanın E.ON şirkəti ilə əlaqələrin qurulmasından söz açıb. Almaniyanın Axen Universitetinin prezidenti ilə Bərpaolunan Enerji Mərkəzinin yaradılması ilə bağlı əməkdaşlıq haqqında müqavilə imzalandığını bildirib. O, Axen Universiteti ilə əlaqələrin yaradılmasında SOCAR-ın tərəfdaşı olan E.ON şirkətinin dəstəyini vurğulayıb. 

Səfir Haydrun Tempel E.ON şirkəti ilə SOCAR arasında olan əməkdaşlıqdan söz açıb. Bərpaolunan enerji ilə bağlı birgə layihələrin, o cümlədən konfransın həyata keçirilməsi təklifini irəli sürən səfir konfransın təşkilində əməkdaşlığa ümidini ifadə edib. O, həmçinin tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. 

Səfir Almaniya universitetlərində yüksək keyfiyyətli texniki proqramların olduğunu deyib: "Region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan Ali Məktəb gələcəkdə mühüm yer tutacaq. BANM-də dinamizmin şahidi oldum. DAAD (Alman Mübadilə Proqramı) xətti ilə almaniyalı mütəxəsislər, expertlərin əməkdaşlığa sövq edilməsi və mövcud əlaqələrin davam etdirilməsi faydalı olacaq. BANM-in əməkdaşlarını Alamaniyada keçirilən beynəlxalq seminar və konfranslara dəvət edirəm".

Sonda Elmar Qasımov səfiri BANM tələbələri üçün mühazirə oxumağa dəvət edib. Səfir bu təklifi məmnunluqla qəbul edib.

Son xəbərlər

Orphus sistemi