​Almaniyanın Augsburg Universitetində “Azərbaycan multikulturalizmi” üzrə kurs təşkil olunub

​Almaniyanın Augsburg Universitetində “Azərbaycan multikulturalizmi” üzrə kurs təşkil olunub Kursu professor Klaus Volf təşkil edib
Elm və təhsil
18 Fevral , 2016 11:57
​Almaniyanın Augsburg Universitetində “Azərbaycan multikulturalizmi” üzrə kurs təşkil olunub

Bakı. 18 fevral.REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində Almaniyanın Augsburg Universitetində “Azərbaycan multikulturalizmi” üzrə intensiv kurs təşkil olunub.

Bu barədə “Report”a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib.

Kursu Augsburg Universitetinin Alman dili və ədəbiyyatı üzrə ixtisaslaşmış professoru Klaus Volf təşkil edib. 5 gün ərzində - hər gün saat 08:00-dan 19:00-dək davam edən kursa universitetin filologiya və tarix fakültəsinin 10 tələbəsi qatılıb. 

Son xəbərlər

Orphus sistemi