​Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul üçün proqram seçimi başa çatır

​Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul üçün proqram seçimi başa çatır 8 644 bakalavrdan yalnız 8 477 nəfəri qəbul proqramını seçərək təsdiq edib
Elm və təhsil
10 May , 2016 15:10
​Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul üçün proqram seçimi başa çatır

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bu il martın 6-da keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər. Bunun üçün bakalavrlar 10 may saat 23:59-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Bu barədə “Report”a TQDK-dan bildirilib.

Elektron ərizəsinə daxil olaraq məlumatlarını qeyd edən 8 644 bakalavrdan yalnız 8 477 nəfəri qəbul proqramını seçərək təsdiq edib. Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər iyunun 5-də keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.

Qeyd edək ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə yazı işi yazmaq tələb olunur) yoxlanılacaq. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Son xəbərlər

Orphus sistemi